Fuad Novruzov 2023-cü ildən Veysəloğlu Şirkətlər Qrupunun "Veysəloğlu" distribusiya şirkətinin İdarə Heyətinin üzvü (İnsan Resursları üzrə) vəzifəsində çalışır.
Bakalavr təhsilini Qafqaz Universitetinin “İngilis dili və ədəbiyyatı” fakültəsində alıb.
İnsan Resurslarının (İR) idarə olunması sahəsində 14 ildən artıq iş təcrübəsinə malikdir.
Peşəkar fəaliyyətinə 2008-ci ildən başlayan Fuad Novruzov müxtəlif illərdə “Azinka” MMC, “ENGİN” LTD, “Sham Fi” MMC, “Azərsu” ASC kimi şirkətlərdə insan resursları üzrə rəhbər vəzifələrində çalışıb. 2015-ci ildən başlayaraq 2022-ci ilə qədər FAB Şirkətlər Qrupunda Qrup İR Direktoru (CHRO) vəzifəsini icra edib.
Fuad Novruzov İR idarə olunması sahəsində bir sıra təlim və sertifikasiya proqramlarının iştirakçısıdır.