28 ildir ki, logistika sahəsində çalışan Namiq Hüseynov Veysəloğlu Şirkətlər Qrupunun qurulmasından indiyə qədər logistika eksperti kimi çıxış etmişdir. İlk dəfə 1995-ci ildə "Veysəloğlu" şirkətində anbar müdiri olaraq işə başlamış, Logistika Departamentinin müdiri, İcraçı direktorun müavini, Direktor kimi vəzifələri icra edib. Hazırda “OBA Market” MMC-nin OBA Logistika Direktoru (İdarə Heyətinin üzvü) vəzifəsini icra edir.
Namiq Hüseynov təhsilini Azərbaycan İnşaat Universitetnin Mühəndis-texnoloq ixtisası üzrə almışdır. Logistika idarəetməsi üzrə bir sıra təlimlərdə iştirak etmişdir həmçinin, şirkət daxilində logistika savadlılığının artırılması yönündə Təlimçi kimi də çıxış edir.
Şirkətin ilk vaxtlarından bu günki vəziyyətinə gətirilib çıxarılmasında müstəsna xidməti olan Namiq Hüseynov logistika sahəsindəki təcrübəsi ilə şirkətdə dəyişikliklərin idarə edilməsi, prosseslərin qurulmasında birbaşa iştirak edib.