“Veysəloğlu” MMC-yə 2014-cü ildə qatılan Orxan Babayev 2020-ci ilədək maliyyə və mühasibatlıq sahəsində müxtəlif vəzifələrdə çalışıb.
Orxan Babayev 2020-ci ildən karyerasını SAP layihəsində SAP FI, CO üzrə Aparıcı analitik, 2022-ci ildən “Veysəloğlu-Rossman” şirkətində Maliyyə Direktoru və 2023-cü ilin yanvar ayından indiyədək “Araz” Supermarketlər şəbəkəsində SAP Biznes tərəfdaşlıq üzrə Şöbə müdiri olaraq davam etdirib.
Bakalavr təhsilini Bakı Dövlət Universitetinin Kimya fakültəsində alan Orxan Babayev 2022-ci ildən etibarən Bakı Mühəndislik Universitetində MBA (Menecment) üzrə magistr təhsili alır.
01.08.2023-cü il tarixindən Orxan Babayev “Veysəloğlu” MMC-də Maliyyə Direktoru / İdarə Heyətinin üzvü vəzifəsinətəyin edilib.