Nurlan İsmayılov Veysəloğlu Şirkətlər Qrupuna 2021-ci ildə audit üzrə menecer olaraq qatılıb. 2022-ci ildən Daxili Audit direktoru kimi çalışır.
Nurlan İsmayılov Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyat və maliyyə” ixtisası üzrə bakalavr, daha sonra Böyük Britaniyanın Leeds Universitetində “Mühasibat uçotu və maliyyə” ixtisası üzrə magistr təhsili alıb.
2011-2016-cı illərdə “Deloitte & Touche Azərbaycan” şirkətində çalışan və Baş auditor vəzifəsinə qədər yüksələn Nurlan İsmayılov daha sonra “Coral Energy Pte. Ltd.” şirkətinin Rusiya, Türkiyə, Latviya təmsilçiliklərində Biznes və əməliyyatlar üzrə risk meneceri, Rusiya və Latviya üzrə Qrup Maliyyə nəzarətçisi, daha sonra Daxili Audit direktoru vəzifələrində fəaliyyətini davam etdirib.
Nurlan İsmayılov peşəkar karyerası ərzində şəxsi inkişaf ilə bağlı çoxsaylı təlim və seminarların iştirakçısı olub. 2018-ci ildən İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) üzvüdür.