share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp
Allahverən Oruclu

Allahverən Oruclu

Hüquq və Komplayens direktoru

Geniş hüquq təcrübəsinə malik olan Allahverən Oruclu hazırda Veysəloğlu Şirkətlər Qrupunun Hüquq direktoru olaraq fəaliyyətini davam etdirir.

Allahverən Oruclu Bakı Dövlət Universitetində Hüquq üzrə bakalavr təhsili, həmin Universitetdə Mülki və Ticarət hüququ üzrə magistr təhsili, daha sonra Brüssel Vrije Universitetində Beynəlxalq və Avropa hüququ (Biznes profili üzrə) üzrə ikinci magistr təhsili alıb.

O, 2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil, Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvüdür və Vəkillərin Müdafiəsi üzrə Avropa Konvensiyasının layihəsini hazırlayan Avropa Şurasının Vəkillər üzrə Ekspertlər Komitəsində (Strasburq, Fransa) Azərbaycan Vəkillər Kollegiyasının nümayəndəsi olub.

Allahverən Oruclu müxtəlif hüquq və konsaltinq firmalarında və şirkətlərdə hüquqşünas, baş hüquqşünas, hüquq firmasının direktoru kimi vəzifələrdə çalışıb. O, habelə, Brüsseldə Avrasiya Ticarət Palatasında “Baş katib”, Strasburqda Azərbaycanın Avropa Şurası yanında Daimi nümayəndəliyində “Hüquq üzrə məsləhətçi” kimi vəzifələrdə fəaliyyət göstərib.

"Universal hüquq çalışmaları" və "Sahibkarın Hüquq Bələdçisi" kitablarının müəllifidir.