Sami Öztürk kommersiya, istehsalat, biznesin inkişafı, satış və proseslərin avtomatlaşdırılması, rəqəmsallaşdırma, layihələrin idarə edilməsi və s. kimi sahələrdə 17 ildən artıq təcrübəyə malikdir.
Bakalavr təhsilini Gazi Universitetində Biznesin idarə edilməsi fakültəsində, magistr təhsilini isə Galatasaray Universitetində MBA üzrə alan Sami Öztürk karyerasına 2005-ci ildə Bilgisayar Hastanesində Baş koordinator olaraq başlayıb.
Növbəti illərdə Sami Öztürk Türkiyənin ən böyük şirkətlərindən olan “Yıldız Holding”in müxtəlif satış və istehsalat şirkətlərində Satış meneceri, Ticari marketinq meneceri, Biznesin inkişafı və istehsal planlaşdırma meneceri vəzifələrində çalışıb. Daha sonra Sami Öztürk “Yıldız Holding”ə daxil olan “Kerevitaş” şirkətində Ticari marketinq üzrə baş menecer və Biznesin inkişafı və layihələr üzrə baş menecer vəzifələrində işləyib.