Vüqar İsmayılov Azərbaycan Beynəlxalq Universitetində neft, qaz yataqlarının işlənilməsi və istismarı ixtisası üzrə bakalavr təhsili almışdır.
Əmək fəaliyyətinə 2004-cü ildən başlayan Vüqar İsmayılov 2012-ci ildən Veysəloğlu Şirkətlər Qrupunda çalışır. O, Veysəloğlu Distribusiya Şirkətində satış təmsilçisi kimi fəaliyyətə başlamış, sonra bölgə müdiri vəzifəsinə qədər yüksəlmişdir. 12.01.2017-ci il tarixində Oba Marketlər Şəbəkəsinə transfer edilmiş, sonrakı illərdə şirkətdə “Bölgə müdiri”, “Format müdiri”, “Satış şöbə müdiri”, “Satış Direktoru” və “ Satış Departament müdiri” kimi vəzifələrdə çalışmışdır.
Hazırda Vüqar İsmayılov "OBA" marketlər şəbəkəsinin idarə heyəinin üzvüdür və Satış əməliyyatları direktoru olaraq çalışır.
Vüqar İsmayılov “V1 inkişaf proqramı”, Layihələrin idarəedilməsi, Risklərin idarəedilməsi kimi bir sıra təlimlərdə iştirak etmişdir.