share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp
İsa Alıyev

İsa Alıyev

Veysəloğlu Əmlak Direktoru

Veysəloğlu Şirkətlər Qrupunda fəaliyyətinə 2010-cu ildə başlayan İsa Alıyev hazırda Veysəloğlu Şirkətlər Qrupunun Daşınmaz Əmlak Direktoru vəzifəsini icra edir.

İsa Alıyev indiyə qədər “Araz” Supermarketlər Şəbəkəsində Mağaza Müdiri kimi fəaliyyət göstərərək, 2011-2013-cü il tarixlərində Bölgə Müdiri, 2013-2014-cü illərdə Daşınmaz Əmlak Şöbə Müdiri, 2014-cü ildə Daşınmaz Əmlak Departament Müdiri və Satış Format Müdiri kimi, 2016-2020-ci illərdə “OBA Market” MMC-də Daşınmaz Əmlak Departament Müdiri kimi çalışmış, son olararaq “Araz” Supermarketlər Şəbəkəsində Daşınmaz Əmlak Departament Müdiri kimi fəaliyyət göstərib.

İsa Alıyev 2011-ci ildən bəri Pərakəndəçilik və Daşınmaz Əmlak Genişləndirilməsi sahəsindəki qabaqcıl təcrübəsinə əsaslanaraq qrup şirkətlərində proseslərin qurulması, inkişafı və dəyişikliklərin idarə olunmasında birbaşa iştirak etmişdir.

Uzunmüddətli iş fəaliyyəti dövründə müxtəlif ölkələrdə Pərakəndəçilik sahəsi üzrə Daşınmaz Əmlak Genişləndirilməsi, Korporativ İdarəetmə, Layihələrin idarə edilməsi və digər mövzularda beynəlxalq konfranslarda iştirak etmişdir. O, həmçinin “Deloitte” şirkəti tərəfindən təşkil olunan “Risklərin İdarə Edilməsi Siyasəti” təlimini fərqlənmə ilə başa vurub, beynəlxalq sertifikat ilə təltif olunmuşdur. LLGI Couching tərəfindən təşkil olunan “Liderlik Təlimi”-ni başa vurub sertifikat ilə təltif olunmuşdur.