share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp
Mehrəli Məmmədov

Mehrəli Məmmədov

İdarə Heyətinin üzvü

2005-ci ildə Veysəloğlu Şirkətlər Qrupunda əmək fəaliyyətinə başlayan Mehrəli Məmmədov bu illər ərzində satış təmsilçisi, (2005-2007), pərakəndə satış müdiri, (2007-2010),  HORECA üzrə şöbə müdiri vəzifələrində (2010-2018) çalışıb. Vesta Horeca şirkətinin yaranması və fəaliyyətə başlamasında Mehrəli Məmmədovun böyük töhfələri olub. O, həmçinin 2018-2021-ci illər ərzində Vesta Horeca`da Satınalma və Marketinq department müdiri vəzifəsini icra edib.

Ali təhsilini 1999-2005-ci illər arasında Sankt Peterburq Mühəndis-İqtisad Universitetində Təşkilatın idarə olunması üzrə tamamlayıb.

Mehrəli Məmmədov əmək fəaliyyəti dövründə ölkənin bir sıra aparıcı şirkətlərində satış direktoru, icraçı direktor vəzifələrinə qədər yüksəlib.

Hazırda “Vesta-Horeka”da Biznesin inkişafı departamentinin müdiri, İdarə Heyətinin üzvü vəzifəsində fəaliyyətini davam etdirir.