share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp
Anar Allahverdiyev

Anar Allahverdiyev

Rəqəmsal Transformasiya Direktoru

Anar Allahverdiyev 2005-2009-cu illərdə Azərbaycan Texniki Universitetinin İnformatika və hesablama texnikası fakültəsində təhsil almışdır.

O, 2008-2015-ci illər ərzində Dəmirbank SAP layihəsinin tətbiqində mütəxəssis, bölmə rəhbəri və SAP Texnologiyaları şöbə müdiri vəsifəsində çalışmışdır.

2016-2017-ci illər arasında Türkiyədə TAT Gida, Eczacıbaşı Yapı Ürünleri Grubu, HISAR CELIK və Çimsa şirkətlətində SAP layihələrinin tətbiqində, 2018-2019-cu illər arasında Yaponiyada Kirin International Holding və Amerikada Nortek Global HVAC şirkətlərində və son olaraq 2020-ci ildə Almaniyada DÖHLER – Natural Food & Beverage Ingredients şirkətlərində SAP məsləhətçi/komanda rəhbəri vəzifələrində çalışmışdır.

Veysəloğlu Şirkətlər Qrupunda fəaliyyətinə 2020-ci ildə başlayan Anar Allahverdiyev “SAP Texnologiyaları Departament Müdiri, 2023-cü ildən etibarən Rəqəmsal Transformasiya Direktorluğunda Direktor Müavini kimi fəaliyyət göstərmişdir.