Pərviz Cəfərov 2002 ci ildə Azərbaycan Beynəlxalq universitetinin Hüquq fakultəsində bakalavr təhsili almışdır, Daha sonra 2005-ci ildə ikinci təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakultəsini bitirmişdi.
Peşəkar fəaliyyətinə 2004–cü ildə “Veysəloğlu MMC” də satış təmsilçisi qismində başlamışdır. 2006-cı ildən etibarən “Veysəloğlu MMC” də müxtəlif şöbələrdə satış müdiri ,Şöbə müdirinin müavini,Şöbə müdiri vəzifələrində çalışmışdır.
Pərviz Cəfərov “Araz Supermarket MMC” nin komandasına 2016-cü ildə qoşulmuşdur.Fəaliyyətini satınalma şöbə müdiri olaraq davam etdirmişdir. 2017-cu ildən “Araz Supermarket MMC” nin kommersiya Departamentinin müdiri vəzifəsinə təyin edilmişdir.
Bir cox ölkələrdə təşkil edilmiş Beynəlxalq sərgilərdə , həmcinin “Spar İnernational”ın müxtəlif ölkələrindəki pərakəndəçilik fəaliyyətlərinin öyrənilməsində və konfranslarda iştirak etməklə beynəlxalq təcrübələrə yiyələnmişdir.
01.05.2023 ildən “Oba market MMC” nin Kommersiya direktoru vəzifəsini icra edir.