share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp
Məmmədqulu Süleymanlı

Məmmədqulu Süleymanlı

İdarə Heyətinin sədri

Məmmədqulu Süleymanlı 04.07.1999-cu ildə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib.

Peşəkar fəaliyyətinə 1999–2002-ci illərdə “Veysəloğlu - Distribusiya”da satış təmsilçisi vəzifəsində başlayıb. 2002–2004-cü illərdə bölgə müdiri, 2004–2010-cu illərdə isə satış şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

2010 – 2013-cü illərdə “Veysəloğlu - Distribusiya”da satış şöbələrinin müdiri və Satış Departamentinin direktoru vəzifələrini icra edib.

2013 – 2015-ci illərdə “Araz” supermarketlər şəbəkəsinin icraçı direktoru, 2015 – 2018-ci illərdə isə “Veysəloğlu - Distribusiya”nın Baş direktorun kommersiya işləri üzrə müavini olub.

2018 – 2019-cu illərdə “Araz” supermarketlər şəbəkəsinin icraçı direktoru, 2019 – 2022-ci illərdə isə “Veysəloğlu - Distribusiya”nın direktor və Baş direktoru vəzifələrini icra edib.

2022-ci ildə “Zəhmət Ruzi” MMC - də kommersiya işləri üzrə direktor müavini kimi fəaliyyət göstərmiş, 2023–2024-cü illərdə “Araz” supermarketlər şəbəkəsinin Françayzinq direktoru, 2024–2025-ci illərdə isə “Veysəloğlu-Rossmann”ın direktoru olub.

2025-ci ilin avqust ayından etibarən Məmmədqulu Süleymanlı “Veysəloğlu-Rossmann” MMC-nin Qeyri-qida və Françayzinq Direktorluğu, həmçinin “Decoliv” mağazalar şəbəkəsinin (“Vey Non Food MMC”) Baş direktoru vəzifəsində fəaliyyətini davam etdirir.