share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp
Badamlı

Badamlı


Azərbaycanın ilk mineral süfrə suyu olan “ Badamlı “ 1947-ci ildə kiçik istehsal sahəsi yaradılaraq ilk dəfə əl üsulu ilə su istehsalına başlanılıb. Möcüzəvi Badamlı suyu dəniz səviyyəsindən 1274 metr yüksəklikdə çıxarılır. İnsan sağlamlığı üçün zəngin mineral tərkibə malik, milli və beynəlxalq standartlara cavab verən təbii mineral su 75 ildən çoxdur ki, süfrələri bəzəyir. İstehsal edildiyi gündən Badamlı mineral suyunun şöhrəti Sovet İttifaqı miqyasında sürətlə yayılırdı. Artıq 1970-1980-ci illərdə Badamlı zavodunda istehsal olunan məhsulun 90%-i xarici ölkələrə ixrac edilirdi. Mineral suya olan tələbat artdığı üçün 2009-cu ildə ümumi sahəsi 10590 m2 olan yeni zavod inşa edildi. Zavod xammal anbarı, istehsal sahəsi və hazır məhsul anbarlarından ibarətdir. Mineral suyun qablaşdırılması üçün müəssisədə Fransanın “SİDEL” şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılıb. 2020-ci ilin əvvəllərində “Badamlı”-nın yeni istehsal binası istifadəyə verilib. Mövcud istehsal müəssisəsində günlük istehsal potensialı 500.000 şərti butulka təşkil edir. Hazırda zavod 3 texnoloji xətt quraşdırılmış 1 sex və 87 əməkdaşı ilə xalqımızın xidmətindədir.”Adıyla və dadıyla” şüarı ilə zavodda 7 çeşiddə qazlı, 13 çeşiddə qazsız mineral suları olmaqla ümumilikdə 19 çeşiddə məhsul istehsal olunur. Azərbaycanın bütün bölgələrinə  çatdırılması və satışı mövcuddur. Azərbaycanın ən qabaqcıl mineral su ixrac edən şirkətlərindən olan “Badamlı” mineral sular zavodu əsasən Rusiya,Ukrayna,Türkiyə,Dubai,Qətər,Bəhrəyn,Qazaxıstan,Belarus, kimi ölkələrə ixracatı həyata keçirir.

Zavodun əsas missiyası istehsal sahəsini genişləndirmək,ixrac həcmini artırmaq,markanı beynəlxalq səviyyədə dad və keyfiyyətinə görə tanıtmaqdır. “Badamlı” mineral sularının  əsas özəllikləri təbii mineral  süfrə suyu olması ,dad,keyfiyyət,tərkibindəki mineralların ve istahsal  prosesinin ISO standartlarına, keyfiyyəti idarəetmə sisteminin və qida təhlükəsizliyinin   tələblərinə tam uyğun olması ( ISO 22000:2018 sertıfıkatı), müxtəlif sərgilərdə dadına və keyfiyyətinə görə aldığı mükafatlardır.

*1947

Badamlı Zavodu, Badamlı qəsəbəsi, Şahbuz rayonu, Naxçıvan MR, Azərbaycan AZ7100 location

https://www.badamli.az/