share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp
“OBA” marketlər şəbəkəsi

“OBA” marketlər şəbəkəsi

Pərakəndə


Azərbaycanın tanınmış marketlər şəbəkəsi olan “OBA Market” də Veysəloğlu Şirkətlər Qrupuna daxil olan şirkətlərdəndir. “OBA” ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışını həyata keçirir.

2016-cı ildə fəaliyyətə başlayan marketlər şəbəkəsinin əsas məqsədi yüksək keyfiyyətli gündəlik tələbat məhsullarını digər pərakəndə mağazalarından mümkün olan aşağı qiymətə müştərilərə təqdim etməkdir.

Əsas hədəflərindən biri alıcılara daha yaxın olmaq olan marketlər şəbəkəsi 5800-dən artıq əməkdaş heyətini özündə birləşdirən şəbəkə olaraq ölkəmizin əksər bölgələrində fəaliyyət göstərir. “Elimizin hər yanı, “OBA”mızın ünvanı” şüarı ilə fəaliyyət göstərən marketlər şəbəkəsinin mövcud mağazalarının sayı Bakı, Sumqayıt, digər şəhər və rayonlar da daxil olmaqla, ümumilikdə 1170 mağazanı aşmışdır.

“OBA” marketlər şəbəkəsi özünə aid özəl marka məhsulları ilə yanaşı, dünyanın tanınmış markalarının da məhsullarını öz rəflərində yerləşdirməklə məhsul çeşidlərinin müxtəlifliyini təmin edib. 

*2016

Bakı şəhəri, 8 Noyabr pr.15, Azure Business Center location

https://oba.az/