share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp
“Veysəloğlu-Rossmann”

“Veysəloğlu-Rossmann”

Pərakəndə


Pərakəndə, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupu 2022-ci ildə yeni bir xətt üzrə müştərilərinə məhsullar təqdim etməyə başladı.  “Veysəloğlu-Rossmann” şirkətini yaradan Veysəloğlu Şirkətlər Qrupu ölkəmizdə Almaniyanın “Rossmann” məhsullarının “Rossmann” mağazalar vasitəsilə satışını həyata keçirir. “Rossmann”ın hazırda ölkəmizdə 45 mağazası və 300-dən çox əməkdaşı var.

“Rossmann” 1972-ci ildə Almaniyada özünəməxsus "Drogeriemarkt" (fərdi qulluq, kosmetika və sağlamlıq bazarı) konsepsiyası ilə Dirk Rossmann tərəfindən yaradılıb.

Qurulduğu gündən etibarən davamlı inkişaf edərək Almaniyanın pərakəndə ticarət sahəsində nəhəng şirkətlərindən birinə çevrilib. Almaniyadan kənardakı ilk mağazasını 1992-ci ildə Polşada açan “Rossmann” hazırda Almaniya, Polşa, Macarıstan, Çexiya, Albaniya, Kosovo, İspaniya, Türkiyə və Azərbaycanda fəaliyyət göstərir. Şirkətin ümumilikdə 4,700-dən çox mağazası və 62,100-dən çox əməkdaşı var.

“Rossmann” mağazaları geniş məhsul çeşidi ilə yanaşı, özəl brendləri ilə də fərqlənir. Müştərilər tərəfindən sevilən Isana, Alterra, Rival De Loop, Rival Loves Me, For Your Beauty, Ener Bio, Laudatio, Prokudent, Domol, Ideenwelt, Rubin kimi 45 fərqli özəl marka yalnız “Rossmann” mağazalarında təqdim olunur. Bundan əlavə, “Rossmann”da bir çox qlobal və yerli brendlərin məhsullarını da əldə etmək mümkündür.

“Rossmann” mağazalarında geniş kateqoriyalara aid məhsullar təqdim olunur:

  • Dəri və bədən baxımı (geniş üzvi və vegan məhsul çeşidi daxil olmaqla);
  • Makiyaj məhsulları;
  • Ağız və diş baxımı;
  • Saç baxımı;
  • Körpə baxımı;
  • Ətirlər;
  • Təbii qidalar və qəlyanaltılar;
  • Sağlamlıq və gigiyena məhsulları;
  • Ev təmizliyi vasitələri;
  • Dəftərxana ləvazimatları;
  • Oyuncaqlar;
  • Ev və məişət avadanlıqları (mətbəx aksesuarları, kiçik məişət avadanlıqları, dekorativ məhsullar və s.).

“Rossmann” hər kəsin ehtiyaclarına cavab verən geniş məhsul çeşidi və keyfiyyətli xidmət anlayışı ilə müştərilərinə xidmət göstərir.

location

https://rossmann.az/