share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp
“Ulduz” Şokolad Fabriki

“Ulduz” Şokolad Fabriki

İstehsalat


Qənnadı istehsalına yeni ləzzət və keyfiyyət gətirən milli brend

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan daha bir məşhur brend “Ulduz” Şokolad Fabrikidir. 2001-ci ildən fəaliyyətə başlayan “Ulduz” Şokolad Fabriki tez bir zamanda yerli bazarın sevimli qənnadı istehsalçısına çevrilərək “Milli brend” statusunu qazana bilib. 283 əməkdaş heyəti ilə 24/7 fəaliyyət göstərən “Ulduz” Şokolad Fabriki Qafqazda və Azərbaycan ərazisində ən iri və yüksək keyfiyyətli qənnadı məmulatı istehsalçılarındandır.

Bir neçə istehsal xətti ilə fəaliyyət göstərən fabrik ən müasir standartlara cavab verən, ekoloji və gigiyenik baxımdan təmiz və təhlükəsiz şokoladlar, karamellər, draje məhsulları, vafli istehsal edir.

Fabrik bu gün dünyanın ən qabaqcıl müəssisələri ilə rəqabət apara biləcək imkana sahibdir. “Ulduz” markaları hazırda Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Litva, Estoniya, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Yəmən, İran, Malayziya, Fələstin, Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla, 20-dən artıq ölkəyə ixrac olunur.

“Ulduz” Şokolad Fabriki dünyanın çətin yoxlama sistemlərindən biri  olan BRC (British Retail Concertium) sertifikatına “A+” dərəcəsi ilə sahib olub. İngilis Pərakəndəçilər Konsorsiumu tərəfindən yaradılan qida təhlükəsizliyi standartını əhatə edən BRC qida istehsalı müəssisələrində gigiyena, sağlamlıq, təhlükəsizliyi təmin etmək məqsədilə qida əsaslı yarana biləcək risklərin, təhlükələrin yox edilməsi üçün şərtləri əhatə edən yüksəksəviyyəli standartdır. Bu sertifikatı əldə etməklə “Ulduz” Şokolad Fabriki məhsullarını daha yaxşı təqdim etməklə müştəri məmnuniyyətinə nail olmaq məqsədini qarşısına qoyur. BRC-nin “A+” sertifikatı ilə həmçinin məhsulları Avropaya ixrac etmək mümkündür.

Fabrik bundan əvvəl də “İngilis Pərakəndəçilər Birliyi Standartı” və “Beynəlxalq Qida Standartı”nı alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, digər yerli və beynəlxalq qurumların da standartlarını (ISO 9001, ISO 22 000 və Halal) qazanıb. “Ulduz” Şokolad Fabriki qida təhlükəsizliyi baxımından qlobal standartlara cavab verən BRC-nin ən yüksək dərəcəli “A” sertifikatını qazanmaqla respublikamızda ilkə imza atıb. 

012 447 40 11; 055 206 63 10

Bakı, Keşlə qəs. 2-ci Eninə 2, AZ1031 location

https://www.ulduz.com.az/