share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp
“Vesta-Horeka” distribusiya

“Vesta-Horeka” distribusiya

Distribusiya


“Vesta-Horeka” distribusiya 2018-ci ilin may ayından fəaliyyətə başlayıb. Şirkət “horeka” və qida istehsalçıları sahəsində fəaliyyət göstərir.

“Horeka” müştəri növlərinə restoran, otel, kafe, fastfud və təhsil ocaqlarının yeməkxanaları daxildir və bu sektorda fəaliyyət göstərən müştərilərə xammal tədarükü edilir.

Qida müştəri növlərinə isə qənnadı, unlu məmulatlar, süd və dondurma istehsalçıları daxildir. Şirkət kərə yağı, bitki yağları, qatıq, quru və qatılaşdırılmış südlər, kakao, nişasta, qlükoza, ədviyyatlar və s. kimi xammal məhsullarının da satışını həyata keçirir.

Satışdan əlavə, şirkət fabriklərlə yanaşı, ölkəmizdə fəaliyyət göstərən qənnadı və şirniyyat müəssisələri üçün də mütamadi olaraq seminarlar təşkil edir. Seminarda dünyada olan yeniliklər müştərilərin diqqətinə çatdırılır. Bu təşəbbüsü həyata keçirməkdə əsas məqsəd qida sektorunda fəaliyyət göstərən istehsalçılara daha keyfiyyətli və ucuz xammal tədarükü etməkdir.

Şirkət , “EFKO KASKAD”, “SOLPRO”, “SOYUZSNAB”, “AMİLKO”, “ERCONPRODUCT”, “JUCTCHEM”,  “SLADKIY PIR”, “Zanetti”, “Soyyigit”  “Lamb Weston”, “Cargill”, “CSM Ingredients” və “Slavyana LLC” kimi dünya brendləri ilə əməkdaşlıq edir.

Vesta şirkətində müştəri sayı - 1,722, SKU (çeşid) sayi - 1,114, 59  nəfər əməkdaş təşkil edir.

012 514 30 30

Bakı şəh., Babək Plaza, A Bloku, 4-cü mərtəbə location