share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp
“Veysəloğlu - Distribusiya

“Veysəloğlu - Distribusiya

Distribusiya


“Veysəloğlu Distribusiya” fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb. 1997-ci ildən etibarən Türkiyədə ixracat və topdansatışla məşğul olan “Yaycılı Kardeşler” şirkətinin sahibi İshak Yaycılı ilə ortaqlıq təsis etdikdən sonra öz fəaliyyətini genişləndirən şirkət hazırda dünyanın bir çox tanınmış markalarının məhsullarının ölkə üzrə distribusiyasını həyata keçirir.

"Veysəloğlu" MMC şirkətində müştəri sayı - 8486, SKU (çeşid) sayı - 3083 təşkil edir. Hazırda 154 fabriklə əməkdaşlıq edilir, “Veysəloğlu Distribusiya”nın təxminən 25 PL-i (şəxsi markası) var. 

 “Veysəloğlu Distribusiya” Bakı şəhərini və regionları əhatə edən müasir anbar infrastrukturuna (4 əsas anbar, 6 icarə anbarı), 3 əsas ofis (Bakı, Mingəçevir, Salyan), 9 lokal ofis (Sumqayıt, Xaçmaz, Tovuz, Gəncə, Şəki, Göyçay, Bərdə, Sabirabad, Lənkəran) və 3400-ə yaxın əməkdaş heyətinə malikdir.

“Veysəloğlu Distribusiya” peşəkar satış komandasından, təcrübəli marketoloqlardan, yerli və xarici universitetlərdə yüksək təhsil almış təcrübəli mütəxəssislərdən ibarət kollektivi ilə inkişafa doğru addımlayır.

012 514 30 30

Bakı şəh., Nizami ray., Keşlə qəs., 2-ci Eninə 2, AZ1031 location

https://distribution.veyseloglu.az/