Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən "Qarabağın Rəngləri" layihəsinin təqdimat mərasimində iştirak edib.
Layihənin həyata keçirilməsində başlıca məqsəd işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə töhfə verilməsi və xalqımızın mədəni irsinin təbliğ olunmasıdır.
Sərgi iştirakçıları təqdim olunan rəngkarlıq və heykəltəraşlıq əsərlərini alaraq Qarabağ Dirçəliş Fonduna ianə ediblər.
Təsisçi Aydın Talıbov “Qırxqız yaylağı” adlı rəsm əsərini almaqla Veysəloğlu Şirkətlər Qrupu adından Fonda ianə edib. "Qarabağın Rəngləri" layihəsinə dəstəyinə görə Aydın Talıbova "Xalislik" sertifikatı təqdim olunub.