share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp
Sənubər Nəzərova

Sənubər Nəzərova

Korporativ Kommunikasiyalar direktoru

2025-ci il yanvar ayından etibarən Veysəloğlu Şirkətlər Qrupunda departament müdiri olaraq fəaliyyətə başlayan Sənubər Nəzərova hazırda Mərkəz Korporativ Kommunikasiyalar üzrə direktor vəzifəsində fəaliyyət göstərir.

Sənubər Nəzərova 1994-2000-ci illərdə Xəzər Universitetində “Beynəlxalq əlaqələr” ixtisası üzrə bakalavr və magistr təhsili alıb. 2009-cu ildə Cenevrədə Beynəlxalq Hüquq və İnsan Haqları üzrə Federal hökumətin Proqramında iştirak etmiş və İsveçrə liderlik proqramının qalibi seçilib. 2013-2018-ci illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun PHD namizədi olub. BP Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə 2017-2018-ci illərdə Corc Vaşinqton Universitetinin Biznes Məktəbini “Layihələrin İdarəedilməsi üzrə” uğurla başa vurub. Peşəkar fəaliyyətini 1998-ci ildə Ofis Meneceri kimi başlamış, “UNHCR”, “Oxfam GB”, Yaponiyanın və İsveçrənin Azərbaycandakı səfirliklərində, “SOCAR”, “İnnovasiya və "Rəqəmsal İnkişaf Agentliyi”, “ADY” kimi şirkətlərdə “İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri” vəzifələrində çalışıb.