share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp
Şəhla Yusifzadə

Şəhla Yusifzadə

Qida təhlükəsizliyi, texniki tənzimləmə və keyfiyyət məsələləri üzrə Qrup CEO-nun müşaviri

2022-ci ilin oktyabr ayından Veysəloğlu Şirkətlər Qrupunda fəaliyyətə başlayan Şəhla Yusifzadə əvvəl Keyfiyyət Təminatı Departament müdiri, daha sonra Keyfiyyət Auditi Departament müdiri vəzifələrində çalışıb. Şəhla Yusifzadə 2025-ci ilin mart ayında VŞQ-nin Baş İcraçı Direktorunun (CEO) Qida təhlükəsizliyi, texniki tənzimləmə və keyfiyyət məsələləri üzrə müşaviri vəzifəsinə təyin olunub.

Şəhla Yusifzadə 1994-1998-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Qida məhsullarının texnologiyası” ixtisası üzrə bakalavr təhsili, 1998-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini elə həmin ixtisas üzrə magistratura pilləsində davam etdirib.  2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pilləsini uğurla başa vurub, elə həmin ildə də “Qida məhsullarının texnologiyası” kafedrasında müəllim olaraq işə başlayıb və bu günə kimi də UNEC “Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində” tədrisi davam etdirir. Eyni zamanda iqtisad üzrə fəlsəfə doktorudur (Ph.D). Ümumiyyətlə beynəlxalq konfraslarda, yerli və xarici elmi-praktiki jurnallarda  60-a yaxın elmi məqalə və tezisləri dərc olunmuş, eyni zamanda bir neçə dərs proqramı, 2 İxtira Patentin, dərs vəsaiti və metodiki göstərişlərin həmmüəllifidir.

2024-cü ildə Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı  COP29 Azərbaycan Əməliyyat Şirkətində Qida təhlüksizliyi üzrə baş menecer vəzifəsində çalışmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən fəal iştirakına görə təltif edilib. O,  FSSC 22000 V.6 üzrə baş auditor,  ISO 22000 üzrə İRCA qeydiyyatlı  baş auditor, BRCGS Professional, FSPCA FSMA – FOOD SAFETY MODERNİZATİON- PCQİ, ISO 9001:2015 auditor  sertifikatlarına malikdir. O, 2010-2016-cı iilərdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində “Yeyinti məhsullarının keyfiyyətinə nəzarət” şöbəsində baş məsləhətçi, 2012-ci ildə Komitənin bazasında yaradılmış Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin  Sumqayıt  Ərazi  İdarəsinin rəis müavini, rəisi, Xidmətin Aparatında “xidmət sahələrində standartlara nəzarət” şöbəsinin müdiri vəzilərində də çalışıb.

2019-2022-ci illər ərzində  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsində bir müddət rəis müavini, daha sonra isə  rəisi, Agentliyin Aparatında “Qida zəncirinə nəzarət və regional bölmələrlə iş” şöbəsində, Agentliyin Bakı regional İdarəsində “Qida təhlükəsizliyinə nəzarət” şöbəsinin müdiri vəzifələrində işləyib.