share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp
Fərahim Hacıyev

Fərahim Hacıyev

Maliyyə Nəzarəti və Xəzinədarlıq direktoru

Fərahim Hacıyev hazırda Veysəloğlu Şirkətlər Qrupunun Maliyyə Nəzarəti və Xəzinədarlıq Direktoru vəzifəsində çalışır.

2020-ci ildə Veysəloğlu Şirkətlər Qrupuna Maliyyə Nəzarəti şöbəsinin müdiri kimi qoşulan Fərahim Hacıyev 2023-cü ildə Maliyyə və Biznesə Nəzarət Departamentinin müdiri, 2025-ci ildə isə Maliyyə Nəzarəti və Xəzinədarlıq Direktoru vəzifəsinə yüksəlib.

Fərahim Hacıyev “Prezident Təqaüdü”nə layiq görülüb və “Azərbaycanlı Gənclərin Xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alması” dövlət proqramının qalibi olaraq 2012-2015-ci illərdə Böyük Britaniyanın Mançester Universitetində Mühasibatlıq və Maliyyə üzrə Bakalavr dərəcəsi əldə edib.


2015-2017-ci illərdə “PAŞA Bank” ASC-də Xəzinədarlıq və Aktivlərin Idarəedilməsi Departamentində treyder vəzifəsində çalışmışdır. 2017–2020-ci illərdə “Deloitte & Touche” şirkətində yerli layihələrlə yanaşı müxtəlif beynəlxalq layihələrdə də auditor və baş auditor kimi fəaliyyət göstərib, həmçinin şirkətin Azərbaycan və Qazaxstan ofislərində çalışıb.

2023-cü ildə Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il “1354” nömrəli sərəncamına əsasən ölkədə istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi və kadr ehtiyatının formalaşdırılması proqramı çərçivəsində elan edilən “Yüksəliş” müsabiqəsinin qalibi olub.

O, bank, xəzinədarlıq, audit və əminlik, maliyyə və maliyyə nəzarətinin təşkili, həmçinin yerli və xarici maliyyə institutları ilə layihələrin icrası, həmçinin maliyyələşmə alətlərinin tətbiqinin genişləndirilməsi sahəsində 10 ildən artıq zəngin təcrübəyə malikdir, peşəkar inkişafını uğurla davam etdirir.

Fərahim Hacıyev eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olur və hazırda onlarla istedadlı tələbənin şəxsi və peşəkar inkişafına mentorluq edir.