“Veysəloğlu MMC” şirkətinin “Dost Əllər” layihəsi çərçivəsində “Mehriban Qadın və Uşaq Sığınacağı”nda xüsusi sosial təşəbbüs həyata keçirilib.
Tədbirin əsas məqsədi sığınacaq sakinlərinə mənəvi dəstək göstərmək, onların asudə vaxtını maraqlı və faydalı şəkildə təşkil etmək, xüsusilə uşaqlar üçün sevinc dolu anlar yaratmaq olub. Bu məqsədlə iştirakçılar üçün müxtəlif əyləncəli oyunlar, interaktiv fəaliyyətlər və rəqs proqramı təşkil edilib. Tədbir boyunca uşaqlar və sakinlər xoş və səmimi atmosferdə vaxt keçirərək layihənin yaratdığı birlik və paylaşma ruhunu hiss ediblər.
Tədbir çərçivəsində “Dost Əllər” komandası tərəfindən uşaqlara və sığınacaq sakinlərinə müxtəlif hədiyyələr təqdim olunub. Eyni zamanda, “Veysəloğlu MMC” adından sığınacağa gündəlik tələbat üçün nəzərdə tutulan məhsul ianələri də çatdırılıb.
“Veysəloğlu MMC” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin həssas qruplarına dəstək göstərən təşəbbüsləri davam etdirir. “Dost Əllər” layihəsi vasitəsilə qayğı, paylaşma və həmrəylik dəyərlərinin təşviqi, eləcə də ehtiyacı olan insanların sosial rifahına töhfə verilməsi istiqamətində fəaliyyətlər mütəmadi olaraq həyata keçirilir.