share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp

İlqar Nuri AmCham Azərbaycanın Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun ilk iclasında çıxış edib

İlqar Nuri AmCham Azərbaycanın Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun ilk iclasında çıxış edib
31 iyul 2026 Veysəloğlu Şirkətlər Qrupu

Veysəloğlu Şirkətlər Qrupunun CEO-nun Korporativ Funksiyalar üzrə müavini İlqar Nuri AmCham Azərbaycanın Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun ilk iclasında iştirak edərək müzakirələr sessiyasında çıxış edib.

İclasda qida və kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən üzv şirkətlərin, dövlət qurumlarının nümayəndələrinin və sahə ekspertlərinin iştirakı ilə sektorun inkişaf perspektivləri, mövcud çağırışlar və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub.

Müzakirələr sessiyasında İlqar Nuri qida və kənd təsərrüfatı sektorunun inkişafı, əməkdaşlıq imkanları və biznes ictimaiyyətinin vahid platformada bir araya gəlməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb. Sessiyada Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və Azersun Holdinqin Biznesin İnkişafı direktoru İlham Abdullayev də çıxış ediblər.

Tədbirdə iştirak edən sahibkarlar arasında kənd təsərrüfatının inkişaf perspektivləri, sahədə mövcud problemlər və onların həlli yolları ətrafında maraqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AmCham Azərbaycanın Qida və Kənd Təsərrüfatı İşçi Qrupu qida və kənd təsərrüfatı sektorunun inkişafına dəstək göstərilməsi, dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi və biznes ictimaiyyətinin vahid platformada bir araya gətirilməsi məqsədilə yaradılıb

 

Digər xəbərlər