Ölkəmizin ev sahibliyi etdiyi tədbir dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının, inkişaf təşkilatlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə baş tutub. Toplantı çərçivəsində davamlı inkişaf, regional əməkdaşlıq, ticarət, investisiya və maliyyələşdirmə imkanları ətrafında müzakirələr aparılıb.
Veysəloğlu Şirkətlər Qrupunu tədbirdə Qrup İcraçı Direktorunun maliyyə və inzibati idarəetmə üzrə müavini, İcra Komitəsinin üzvü Könül Kərimova, Qrup Maliyyə Nəzarəti və Xəzinədarlıq direktoru Fərahim Hacıyev, Qrup Maliyyələşmə və Portfel İdarəetməsi şöbəsinin müdiri Xalis Məmmədov təmsil ediblər.
Tədbir çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun nümayəndələri İslam İnkişaf Bankı Qrupunun üzvü olan Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyasının (ITFC) nümayəndə heyəti ilə görüş keçiriblər. Görüş zamanı ticarət və investisiya layihələrinin maliyyələşdirilməsi, eləcə də potensial əməkdaşlıq imkanları müzakirə olunub.
ITFC tərəfindən görüşdə Əməliyyatlar üzrə Baş Direktor Nazeem Noordali, Özəl Sektor Bölməsinin rəhbəri Hamady Soma Ba və Özəl Sektor üzrə Baş Menecer Hojamurod Hojaev iştirak ediblər.
Veysəloğlu Şirkətlər Qrupunun nümayəndələri həmçinin İslam Özəl Sektorun İnkişafı Korporasiyasının (ICD) nümayəndələri ilə də görüşüblər. Görüşdə potensial maliyyələşdirmə imkanları və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Şirkətlər Qrupumuzun beynəlxalq maliyyə institutları ilə görüşlərdə iştirakı strateji tərəfdaşlıqların genişləndirilməsinə, eləcə də ticarət və investisiya layihələri üzrə yeni imkanların dəyərləndirilməsinə verdiyi önəmi əks etdirir.