share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibətilə təltif olunub

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibətilə təltif olunub
22 iyul 2026 Veysəloğlu Şirkətlər Qrupu

Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidməti direktoru, jurnalist Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu ilə təltif edilib.

Bu münasibətlə Mətbuat Şurasında keçirilən toplantıda çıxış edən Şuranın sədri Rəşad Məcid bildirib ki, Məhəmmədəli Qəribli həm jurnalist, həm də təmsil etdiyi qurumun media və ictimaiyyətlə əlaqələrinin qurulmasına məsul şəxs kimi media ictimaiyyətinin hörmətini qazanıb. O, bunu yubilyarın peşəkarlığının və işinə məsuliyyətli yanaşmasının nəticəsi kimi qiymətləndirib.

Toplantıda Mətbuat Şurası İdarə Heyətinin üzvləri Aydın Quliyev, Yeganə Hacıyeva, Müşfiq Ələsgərli, Akif Aşırlı, eləcə də digər media rəhbərləri, jurnalistlər və ictimaiyyət nümayəndələri çıxış ediblər. Çıxışçılar Məhəmmədəli Qəriblini peşəkar mətbuat xidməti rəhbəri, istedadlı jurnalist, qayğıkeş həmkar və etibarlı dost kimi səciyyələndirib, onunla bağlı xatirələrini bölüşüb, yubiley münasibətilə təbriklərini və xoş arzularını çatdırıblar.

Sonda çıxış edən Məhəmmədəli Qəribli xoş sözlərə və əməyinə verilən yüksək qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Məhəmmədəli Qəribli 1997-ci ildən media sahəsində çalışır. O, müxtəlif nüfuzlu media qurumlarında jurnalist, redaktor və baş redaktor kimi fəaliyyət göstərib, çoxsaylı publisistik və analitik yazıların müəllifidir. Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub.

 

Daha ətraflı - https://www.youtube.com/watch?v=hyTHrALBszc

 

 

Digər xəbərlər