Veysəloğlu Pərakəndə İndeksi müştərilərimizin mağazalarımızda ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir.
2023-cü ilin iyun ayı üzrə müştərilərimizin ən çox aldığı 3000-dən artıq məhsulun qiymətində keçən ilin iyun ayına nisbətən 9.1% artım müşahidə edilib. Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin iyun ayına nisbətən 9.6% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 9.4% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində 4.5%, gigiyena və təmizlik vasitələrinin qiymətində isə 12.2% artım izlənilib.

Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil.
“Veysəloğlu Pərakəndə İndeksi” müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək olmaq məqsədini daşıyır. Məlumat üçün bildiririk ki, bu məlumatı hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşırıq.
Veysəloğlu Şirkətlər Qrupu olaraq, fəlsəfəmiz ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaq, qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.