share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp

19 illik əməyə  təşəkkür: Ülvi Babaşovla görüş keçirilib

19 illik əməyə  təşəkkür: Ülvi Babaşovla görüş keçirilib
12 may 2026 Veysəloğlu Şirkətlər Qrupu

Veysəloğlu Şirkətlər Qrupunda 19 il fəaliyyət göstərmiş Ülvi Babaşovun “Veysəloğlu” ailəsindəki fəaliyyətinin tamamlanması münasibətilə səmimi görüş təşkil olunub. Görüşdə Şirkətlər Qrupunun təsisçisi Aydın Veysəloğlu başda olmaqla, şirkətin rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edən Aydın Veysəloğlu Ülvi Babaşov haqqında xoş fikirlərini bölüşərək, onun 19 il ərzində şirkətin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. O, uzun illər göstərdiyi peşəkar fəaliyyətə və şirkətə sədaqətli xidmətinə görə Ülvi Babaşova minnətdarlığını ifadə edib.

Ülvi Babaşov isə öz növbəsində “Veysəloğlu”da keçdiyi karyera yolundan böyük fəxarətlə danışıb. O, şəxsi və peşəkar inkişafında şirkətin xüsusi rol oynadığını vurğulayaraq bildirib ki, bundan sonrakı fəaliyyətini harada davam etdirməsindən asılı olmayaraq, “Veysəloğlu”nu daim xoş xatirələrlə xatırlayacaq.

Daha sonra çıxış edən rəhbər şəxslər Ülvi Babaşovla bağlı xoş xatirələrini bölüşərək, onun kollektivdə qazandığı hörmət və etimaddan söz açıblar.

Tədbirin sonunda Aydın Veysəloğlu tərəfindən Ülvi Babaşova Veysəloğlu Şirkətlər Qrupu adından xüsusi plaket və hədiyyə təqdim olunub. Görüş xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, Ülvi Babaşov Veysəloğlu Şirkətlər Qrupu üzrə İT funksiyalarına rəhbərlik edib.

Veysəloğlu Şirkətlər Qrupunda insan kapitalına verilən dəyər şirkətin əsas korporativ prinsiplərindən biridir. Uzun illər şirkətdə çalışan əməkdaşların əməyinin qiymətləndirilməsi, onlara göstərilən diqqət və ehtiram şirkətdə formalaşan sağlam korporativ mədəniyyətin və güclü komanda ruhunun bariz nümunəsidir.