share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp

“Veysəloğlu” Azərbaycan Milli Qida Texnologiyaları Platforması çərçivəsində aparılan müzakirələrdə aktiv iştirak etdi

“Veysəloğlu” Azərbaycan Milli Qida Texnologiyaları Platforması çərçivəsində aparılan müzakirələrdə aktiv iştirak etdi
23 dekabr 2025 Veysəloğlu Şirkətlər Qrupu

Türkiyə Azərbaycan Universitetində (TAU) keçirilən Milli Qida Texnologiyaları Platforması çərçivəsində ölkəmizdə qida sənayesinin inkişaf perspektivləri, təhsil proqramlarının müasir bazar tələblərinə uyğunlaşdırılması və peşəkar kadrların yetişdirilməsi məsələləri geniş müzakirə olundu. Platforma, sənaye və akademiyanı bir araya gətirərək proqram sillabuslarının bazar tələblərinə uyğunlaşdırılmasını və bazarın, sənayenin tələb etdiyi ixtisaslı kadrların hazırlanmasını əsas məqsəd kimi müəyyən edir. Bu təşəbbüs həm akademik, həm də biznes tərəfinin təcrübə və bilik paylaşımına imkan yaradır, sahədə əməkdaşlığı gücləndirir və qida sənayesinin strateji inkişafına töhfə verir.

Tədbir iştirakçıları qida təhlükəsizliyi, etik yanaşmalar, innovativ texnologiyalar və sənayenin aktual məsələlərini gündəmə gətirdilər. Onlar sahədəki təcrübələrini, real praktik nümunələri və gələcək perspektivləri müzakirə edərək peşəkar yanaşmanın vacibliyini vurğuladılar.

Bu əhəmiyyətli platformada Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorunun Qida Təhlükəsizliyi, Texniki Tənzimləmə və Keyfiyyət məsələləri üzrə müşaviri Şəhla Yusifzadə çıxış edərək, qida sənayesində etik və təhlükəsizlik standartlarının əhəmiyyətini auditoriya ilə paylaşdı. Çıxışında həmçinin şirkət təcrübəsini təqdim edərək sahədə praktik yanaşmaların tətbiqini nümayiş etdirdi və gələcək kadrların yetişdirilməsi üçün əməkdaşlığın önəmini diqqətə çatdırdı.

Veysəloğlu Şirkətlər Qrupu olaraq biz qida təhlükəsizliyi və etik prinsiplərə sadiqliyimizi davam etdirir, bu kimi platformaların təşviqi ilə bilik paylaşımına və peşəkar inkişafın dəstəklənməsinə töhfə veririk. Tədbir, sənaye və akademiya arasında davamlı dialoqun vacibliyini bir daha göstərdi və sahədə strateji tərəfdaşlıqların gücləndirilməsinə imkan yaratdı.

Digər xəbərlər