share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp

Veysəloğlu Şirkətlər Qrupu “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyasına dəstək verir

Veysəloğlu Şirkətlər Qrupu “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyasına dəstək verir
30 dekabr 2025 Veysəloğlu Şirkətlər Qrupu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Hazırlanan növbəti videoçarxda Şuranın sədri, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov müasir dövrdə qida təhlükəsizliyinin yalnız istehsal prosesi ilə məhdudlaşmadığını vurğulayır. O bildirir ki, qida sadəcə gündəlik tələbat deyil, sağlam cəmiyyətin, sosial rifahın və davamlı inkişafın əsas dayaqlarından biridir. Məhsulun anbara daxil olduğu andan başlayaraq müştərinin səbətinə qədər keçdiyi hər mərhələdə dəqiqlik, nəzarət və məsuliyyət vacibdir. Temperatur rejimindəki kiçik dəyişiklik, yanlış etiketlənmə və ya düzgün saxlanmayan məhsul istehlakçı sağlamlığı üçün ciddi təhlükələr yarada bilər. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!

https://www.youtube.com/watch?v=o5cxbxQnO0Q

Digər xəbərlər