share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp

Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün Heydər Əliyev Mərkəzinə infotur təşkil olunub

Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün Heydər Əliyev Mərkəzinə infotur təşkil olunub
08 may 2026 Veysəloğlu Şirkətlər Qrupu

10 May – Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun 25 nəfərdən ibarət mütəxəssis heyəti üçün Heydər Əliyev Mərkəzinə xüsusi infotur təşkil olunub.

İştirakçılar əvvəlcə dünya memarlığının seçilən nümunələrindən biri hesab olunan Heydər Əliyev Mərkəzinin konsepsiyası, inşa fəlsəfəsi və daşıdığı simvolik məna ilə yaxından tanış olublar. Bildirilib ki, Mərkəzin müasir və axıcı memarlıq üslubu Azərbaycanın inkişafını, innovativ yanaşmasını və gələcəyə baxışını özündə əks etdirir.

Peşəkar bələdçi müşayiəti ilə keçirilən infotur zamanı əməkdaşlar Azərbaycanın tarixini, milli-mədəni dəyərlərini və dövlətçilik ənənələrini əks etdirən sərgi zallarını ziyarət ediblər. Təqdim olunan məlumatlar və nümayiş etdirilən eksponatlar iştirakçılarda Azərbaycanın zəngin tarixi və milli irsi barədə daha dolğun təsəvvür formalaşdırıb.

Tədbirin əsas məqsədi əməkdaşların milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, Azərbaycanın zəngin tarixinin və dövlətçilik ənənələrinin daha yaxından tanıdılması, həmçinin Ulu Öndər Heydər Əliyevin həyat yolu və çoxşaxəli fəaliyyəti barədə maarifləndirici məlumatların paylaşılması olub.